66 avtobusun hərəkət intervalında gecikmələr var

09:00 16.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 27 müntəzəm marşrut xətti üzrə 66 avtobusun hərəkət intervalında gecikmələr var.

Hafta.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

1. Bakı-Sumqayıt şosesi-Bakı Beynəlxalq Avtovağzal Kompleksi-Moskva prospekti-20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 7-8 dəqiqə gecikmə müşahidə olunur.

2. Zabrat şosesi-şəhər istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 6-9 dəqiqə gecikmə müşahidə olunur

3. Binəqədi şossesi – Binəqədi istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202,N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 5-9 dəqiqə gecikmə müşahidə olunur.

Oxunma sayı 94
Sosial rubrikasından digər xəbərlər