68 türkü güllələyib çuxura atdıq - QAN DONDURAN ETİRAF

10:17 27.05.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Kiprli Rum terror təşkilatı EOKA-nın iki canlı qatili televiziyada “Bir Yunan həyatı üçün 10 türk canı aldıq” sözləri ilə Kipr türklərinin qanlı qətllərini etiraf edib.

Hafta.az bildirir ki, 80 yaşlarında olan Neoptolemos Leftis və Athos Petridis 1964-cü ildən başlayaraq müxtəlif vaxtlarda 68 türkü güllələyərək, sonra da şişlə vuraraq öldürdüklərini qürurla etiraf ediblər: “Türklər tərəfindən vurulan hər yunan yunanına görə 10 türk həyatını aldıq".

İki EOKA cinayətkarı, son illərdə Kipr Rumlarının ən çox baxılan televiziya kanalı olan Omega ilə "fərqli" yayım siyasəti ilə danışıb. 1964-cü ildə EOKA terror təşkilatı türklərə hücum etməyə başlayanda Nikos Sampsonun rəhbərlik etdiyi qruplaşmanın üzvləri olduqlarını bildirən Neoptolemos Leftis və Athos Petridis kamera qarşısına keçərək qanlı qətllərindən danışıblar.

Neoptolemos Leftis, 1964-cü ildə Mağustada türk mövqelərini təyin etməyə çalışan 2 yunan zabit və bir yunan polis məmurunun öldürülməsindən sonra əmr gəldiyini ifadə edərək, “Biz təxminən 500 nəfərlik bir qüvvə idik. Bizə əmr gəldi ki, hər yunan canı üçün 10 türk öldürülsün. Elə oldu, indi də məndən öldürdüyümüz 68 türkü, dəfn yerlərini soruşurlar. Hardan tapacaqsan, çox vaxt keçib”.
Athos Petridis isə törətdikləri bəzi cinayətləri təfərrüatı ilə belə izah etmişdir:

“Biz Eylens kəndinin (Nikosiyanın yunan hissəsinə yaxın kənd) yaxınlığında yoldan keçən maşınlar saxlayan yolda idik. Türklər iri maşınlarda, avtobuslarda gedirdilər. Biz türkləri maşınlara mindirib, əvvəlcə pullarını alırdıq. Sonra biz vurduq, şişlədik və çuxurlara tökdük. Arxiyepiskop (o vaxt Yunanıstanın dövlət başçısı arxiyepiskop Makarios) bizim etdiklərimizi eşidəndə çox sevindi”.

KKTC prezidenti Ersin Tatar Yunan etirafları ilə bağlı “Hürriyet”ə etdiyi çıxışında yunanların gənc nəslinin də kin, nifrət və qisas hissi ilə böyüdüklərini ifadə edərək, “Bu mentalitet heç vaxt dəyişməyib. Onlar Türkiyənin qarantının sona çatmasını və əsgərlərinin getməsini istəyirlər”.

Oxunma sayı 4705