7 uşağın müalicə və əməliyyat xərcləri qarşılanıb

09:21 28.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bildiyimiz kimi, “PAŞA Holding”in dəstəyi və “Nargis” fondunun təşəbbüsü ilə 1 dekabr 2023 - 15 yanvar 2024 tarixlərində “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası təşkil olunmuşdu.

Bu yarmarkadan əldə olunan qazanc nəticəsində ağır xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərcləri tam qarşılanıb.

 

Ümumilikdə müalicə və əməliyyat xərcləri qarşılanan uşaqların sayı 7 nəfər təşkil edib.