8 yaşlı uşağı cahilliklə öldürdülər - Dərman əvəzinə dua

13:08 05.07.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Avstraliyanın Kvinslend əyalətində baş verən dəhşətli hadisə qan donduran detalları ilə dünya mətbuatında manşetlərə səbəb olub. 8 yaşlı uşağın həyatı üçün təhlükə törədən xəstəliyinə görə dərman istifadə etmək və ya təcili yardım çağırmaq əvəzinə onun ölümünə göz yuman fanatiklər kütləvi şəkildə həbs edilib...

Hafta.az xəbər verir ki, 8 yaşlı Elizabeth Struhs bu ilin əvvəlində, yanvarın 7-də Tuvumbadakı evində şəkər xəstəliyindən ölüb. 1-ci tip şəkərli diabet xəstəsi olan bədbəxt uşaq sağlam qalmaq üçün müntəzəm olaraq insulindən istifadə etməli olub.

Elizabetin öldüyü gün ona dərman verməyən ailəsi, mənsub olduqları fanatik kilsə üzvlərinin duaları ilə onu xilas etməyə çalışıblar.

Polis Elizabeth-in ailəsi və 20-yə yaxın qrupun digər üzvlərinin mitinq keçirdiyini iddia edir.
Elizabetin anası Kerri və dini fanatik qrupun rəhbəri hesab edilən ata Ceyson insulini saxlamamaqda ittiham olunurdular.

Avstraliya polisi dünən Elizabetin ölümü ilə bağlı 12 nəfəri həbs edib. Həbs edilənlər özlərini “Müqəddəslər” adlandıran xristian qrupunun üzvləridir.

İddiaya görə, kiçik qıza həyat qurtaran dərmanı vermək əvəzinə atası Ceyson və anası Kerri və separatçı xristian kilsələrinin 20-yə qədər üzvü Elizabeti mühasirəyə alaraq dualar və ilahilər oxuyublar.

Daha dəhşətlisi, Elizabetin valideynləri bir neçə gün insulindən imtina ediblər. Valideynlər bunun əvəzinə "Allahın ona şəfa verəcəyinə" inandıqlarını söyləyiblər.

Valideynlər uşağı qətlə yetirməkdə, işgəncə verməkdə və uşağa lazımi yaşayış şəraiti yaratmamaqda, onu təhlükəyə atmaqda ittiham edilib.

Ana və atadan başqa dini qruplaşmanın 12 üzvü də saxlanılıb.

Qrup səkkiz qadın və dörd kişidən ibarətdir, ən yaşlısı 64 yaşlı qadın, ən gənci isə 19 yaşlı kişidir.
Regional Cinayət Koordinatoru, Dedektif Baş Müfəttiş vəzifəsini icra edən Garry Watts, 14 nəfərin Elizabeth üçün çox vacib olan insulindən imtina etmək qərarına gəldiyini söyləyib və "Həbslər altı aylıq araşdırmanın nəticəsidir" deyib.

Oxunma sayı 809