98 şagird xəstəxanaya yerləşdirilib - Qidadan zəhərləniblər

10:05 31.01.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanın Kerala ştatının cənubunda yerləşən internat məktəbinin 98 şagirdi qarın ağrısı və ishal şikayəti ilə xəstəxanaya yerləşdirilib. 

Hafta.az-ın thenationalnews-a istinadən yazdığına görə, Vayanad səmtindəki Javahar Navodaya Vidyalaya şagirdləri son bir neçə gün ərzində yataqxanada yemək yedikdən sonra xəstələnbilər və səlahiyyətlilər onları xəstəxanaya yerləşdirməyə məcbur olublar.

Bölgənin icra hakimiyyətindən bildiriblər ki, səhiyyə şöbəsinin ekspert qrupu yoxlama aparıb və yataqxanadan içməli su nümunələri toplayaraq laboratoriya müayinələrinə göndərilib.

Qeyd edək ki, burada ilk hadisə yanvarın 24-də qeydə alınıb, indi yenidən 98 şagird xəstələnib, - administrasiya bildirib.

Bənzər bir qida zəhərlənməsi hadisəsində, Kerala ştatının Trissur şəhərindəki Snehodaya Kollecinin 100 tibb bacısı tələbəsi yanvarın 26-da kollec yataqxanasında verilən yeməkdən zəhərlənmişdi.

Ştat son aylarda qida zəhərlənməsi halları ilə üzləşib və bu, qida təhlükəsizliyi ilə bağlı narahatlıqlara səbəb olub. Hətta ötən ilin dekabr ayından bəri əyalətdə ayrı-ayrı hallarda iki nəfər qida zəhərlənməsindən ölüb. Yanvarın 7-də isə Kasaraqodda ölən 19 yaşlı qadının qida zəhərlənməsi əlamətləri ilə bir həftə ölüm-dirim mübarizəsi aparıb. Yerli restoranda ona köhnə yeməklər verildiyi bildirilir. Belə ki, o, bir restorandan online formada Yaxın Şərq ət və düyü yeməyi olan manti sifariş edib. Mərhumun ailə üzvlərindən daha dörd nəfər xəstələnsə də, sağalıblar.

Bundan başqa, 33 yaşlı tibb bacısı dekabrın 29-da Kottayamdakı bir restoranda yemək yedikdən sonra ölmüş, iyirmidən çox insan isə qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Ölümlər Kerala Səhiyyə İdarəsini və Qida Təhlükəsizliyi Departamentini əyalətdəki yeməkxanalarda yoxlamalar aparmağa vadar edib. 500-dən çox yeməkxanada reyd keçirilib, onlardan 48-i qida gigiyena qaydalarını pozduğuna və ya müvafiq lisenziya olmadan fəaliyyət göstərdiyinə görə işi dayandırılıb.

Oxunma sayı 311