III Çarlzın tacqoyma mərasiminin tarixi açıqlandı

20:43 05.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasimi 3 iyun 2023-cü ildə Londondakı Vestminster abbatlığında keçiriləcək. Hafta.az bildirir ki, bu barədə Bloomberg Britaniya hakimiyyətinin nümayəndələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, hökumət tacqoymadan əvvəl və sonra hansı günlərin istirahət günləri elan ediləcəyini müzakirə edir.

Eyni zamanda, Bukingem Sarayı tacqoyma mərasimi ilə bağlı məlumatı şərh etməkdən imtina edib.