İbrahim Kalın: “Ermənistan elan edilmiş humanitar atəşkəsə baxmayaraq, müharibə cinayətləri törədir”

03:55 17.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Ermənistan elan edilmiş humanitar atəşkəsə baxmayaraq, müharibə cinayətləri törədir. Xocalıda olduğu kimi, qadın, uşaq, qoca və mülki şəxslər demədən qətl törədir”.

Hafta.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Aparatı sözçüsü İbrahim Kalın "Twitter" hesabında yazıb.

O, qeyd edib ki, bu qanunsuzluq və qırğınlar qarşılıqsız qalmayacaq, kim nə deyirsə,   desin, Türkiyə sona qədər Azərbaycanın yanındadır.