“İçərişəhər” Qoruq İdarəsi Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb

11:39 13.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyi, habelə Aparatında və strukturuna daxil olan qurumlarda çalışan əməkdaşları Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürüb.

İdarədən hafta.az-a bildirilib ki, qurum torpaqlarımızın azadlığı uğrunda gedən qızğın döyüşlərdə ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 36 min 151 manat ianə edib.

Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!