Iki əfqan qəbiləsi arasında 100 illik münaqişə həll olunub

10:56 03.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstanda tayfalar arasında uzun illərdir həll olunmayan bir çox mübahisə İslam Əmirliyi rəhbərliyi tərəfindən həll edilib.

Hafta.az-ın yazdığına görə, Əfqanıstanın sərhəd və qəbilə işləri üzrə naziri Nurullah Nuri bəyan edib ki, İslam Əmirliyi altında təkcə insan haqları deyil, heyvanların da hüquqları qorunur.

Ölkənin şimalındakı Qor vilayətində iki qəbilə arasında böyük mübahisənin həlli məqsədi daşıyan yığıncaqda çıxış edən Nuri heç kimin qan tökməsinə, zorakılığa və hörmətsizlik göstərməsinə icazə verilməyəcəyini vurğulayıb.

Sərhəd və qəbilə işləri naziri Nuri də "İslami bir idarədə təkcə insanların deyil, heyvanların da hüquqları təmin edilir" deyib.

İslam Əmirliyi rəsmisi çıxışının başqa bir hissəsində ölkə daxilində qəbilələrarası mübahisələrin həllini “hökumətin əsas vəzifələrindən və prioritetlərindən biri” adlandırıb.

Nurullah Nuri dedi: “İslam Əmirliyinin bir məsuliyyəti və planı var: Münaqişələrin və düşmənçiliklərin həlli üçün səy göstərmək”.

Qeyd edək ki, Qorda yaşayan Sərdar Hail və Taymani tayfaları arasında əkinçilik torpaqları üstündə başlayan və 100-ə yaxın insanın ölümü ilə nəticələnən böyük tayfa münaqişəsi Sərhəd və Tayfa İşləri Nazirliyinin vasitəçiliyi ilə həll edilib və hər iki tərəf 100 ildən sonra bir-birini qucaqlayıb.

Taymani qəbiləsinin nümayəndəsi Əbdürrəhman Məzmal, “Mübahisə 1303-cü ildən (1924) rəsmən dövlət qurumlarına həvalə edilib və bu günə qədər həllini tapmayıb. Bu prosesdə onlarla insanımız itdi” deyib.

Serdar Hail qəbiləsinin nümayəndəsi Nur Əhməd Takizadə “Allaha şükürlər olsun ki, bu gün bu məsələ həll olundu” deyə sevincini ifadə edib.

Sərhəd və Qəbilə İşləri Nazirliyi son üç ildə ölkədə 2200-dən çox qəbilə münaqişəsini həll etdiklərini, bunların əksəriyyətinin Nangarhar, Nuristan, Badgis, Cauzcan və ölkənin cənub-şərq və şimal əyalətlərində olduğunu bildirib.