Yazını böyüt
Yazını kiçilt
Azərbaycanın yunan-Roma güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının finalına yüksəliblər.
Hafta.az xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov yarımfinal mərhələsində gürcüstanlı Dieqo Çxikvadze ilə qarşılaşıb.
Rəqibini 4:2 hesabı ilə məğlub edən Həsrət finala vəsiqə qazanıb.
Digər güləşçimiz Qurban Qurbanov gürcüstanlı dünya və Avropa mükafatçısı Gela Bolkvadzeyə 2:1 hesabıyla qalib gələrək Avropa çempionatının finalına yüksəlib.
Nihat Məmmədli (60 kq) isə bürünc medal uğrunda qarşılaşmada qüvvəsini sınayacaq.
Final və 3-cü yer uğrunda qarşılaşmalar sabah baş tutacaq.
Qeyd edək ki, Avropa çempionatına aprelin 26-da yekun vurulacaq.