Yazını böyüt
Yazını kiçilt
Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində qədim dövrə aid qəbir abidəsi aşkar edilib.
Hafta.az xəbər verir ki, tarixi abidə ev tikintisi ilə bağlı qazıntı aparılarkən aşkara çıxıb. Qəbir abidəsində mərhum oturaq vəziyyətdə basdırılıb, qolunda tunc bilərzik, ətrafında isə saxsı qablar qoyulub.
Yeni tapıntı ilə bağlı tarixçi Ələsgər Mirzəzadə bildirib ki, qəbir ilkin ehtimalla iki min il əvvələ aid edilir.
Yeni maddi-mədəniyyət nümunəsi ilə bağlı AMEA-ya müraciət olunub.azertac