İki yük avtomobili toqquşub, xəsarət alan var

09:16 08.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Hacıqabul rayonunun Qarasu kəndində “KamAZ” və “Mercedes” markalı iki yük avtomobili toqquşub.

FHN-dən hafta.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan "КамАЗ" markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.