İlham Əliyev: "Qazaxıstanın beynəlxalq nüfuzu da möhkəmlənir"

13:17 21.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Qazaxıstan inkişaf və modernləşmə yolu ilə inamla irəliləyir".

Hafta.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında deyib.

“Son illər Prezidentin (Kasım-Jomart Tokayev – red.) həyata keçirdiyi islahatlar, modernləşmə kursu, müasir texnologiyaların, o cümlədən süni intellektin inkişafı Qazaxıstanın inkişaf və modernləşmə yolu ilə inamla irəlilədiyini nümayiş etdirir”, - deyən dövlət başçısı vurğulayıb ki, həmçinin Qazaxıstanın beynəlxalq nüfuzu da möhkəmlənir.