Yazını böyüt
Yazını kiçilt
Rusiyanın "Vedemosti" nəşri 2020-ci ilin şəxsiyyətləri ilə bağlı keçirdiyi səsvermənin nəticələrini açıqlayıb.
Hafta.az xəbər verir ki, "İlin siyasətçisi" nominasiyasında ən çox səs alan və bu ada layiq görülən şəxs Azərbaycan Prezidenti İlham Əliyev olub. Nəşrin oxucularının əksəriyyəti Azərbaycan Prezidentinə səs veriblər.
Təqdimatda bildirilib ki, Azərbaycan Prezidenti "İlin siyasətçisi" nominasiyasını almağa ən layiqli şəxsiyyətdir. Bölgənin miqyasını nəzərə alsaq, İlham Əliyevin Ali Baş Komandanı olduğu Azərbaycan Ordusu 2020-ci ildə inamlı qələbə qazanıb. Bu əsl triumfdur.