Prezident İlham Əliyevin 60 illiyi mənim də bayramımdır. Mən həmişə fəxr edirəm ki, ölkəmizin belə bir Prezidenti var. Prezident İlham Əliyevlə bağlı dediklərim səmimi-qəlbdən, ürəkdən gələn sözlərdir.
Bu fikirləri hafta.az-a Əməkdar incəsənət xadimi, kinoşünas, rejissor Ayaz Salayev deyib:
“İlham Əliyevi dünyada ən görkəmli, ən istedadlı siyasi xadimlərindən biri sayıram. Prezident İlham Əliyev, ümumiyyətlə, siyasətçilərdə çox nadir olan cəhətləri -səmimiyyəti, mərdliyi, uzaqgörənliyi özündə birləşdirib.
İlham Əliyevi Azərbaycan xalqına, ölkəmizə tarix özü göndərdi. O, öz bacarığı ilə Azərbaycan xalqının başını uca elədi. Biz elə bil, yenidən doğuluruq. Özünü bu ölkənin vətəndaşı, bu ölkənin tarixi mənsubiyyətinə aid olduğunu dərk etmək həqiqətən də böyük səadətdir. Bu hissi mən İlham Əliyevlə bağlayıram.
Söhbət ondan gedir ki, Prezidentimiz ölkədə elə bir ab-hava yaradıb ki, burada həm mədəniyyət, həm elm, təfəkkür, bədii fikir, elmi təfəkkür çox rahat şəkildə inkişaf edə bilər. İlham Əliyevin ölkədə yaratdığı bu ab-havada adam gələcək haqqında fikirləşir. Keçmişə həsrətlə baxmır. Soruşsalar ki, hansı dövrdə, hansı ölkədə yaşamaq istərdin? Deyərdim ki, indiki Azərbaycanda. Qalib dövlətin qalib sərkərdəsi olan bir ölkədə yaşamaq gözəldir. Bütün müsbət keyfiyyətləri özündə birləşdirən səmimi ölkə başçımız var.
Çox zaman ölkə başçılarının danışığına baxırsan və görürsən ki, bunlar səmimi deyil, yalan danışır. Bizim Prezidentimizə baxanda görürsən ki, o, səmimidir və nə düşünür, onu da deyir.
Azərbaycan kiçik bir ölkədir. Bizim Prezident böyük ölkələrin rəhbərləri qarşısında başını əymir, o necə ucadır. Biz də ona baxıb öyrənirik. Ona görə də Prezidentin bu doğum günü mənim şəxsi bayramımdır. İndi mənim 61 yaşım var. Bu günlərə çatıb, belə bir ölkə başçısını görməyimə ürəkdən sevinirəm. Prezidentimizə cansağlığı, uğurlar arzu edirəm”.