İlham Əliyevin təklifi ermənilər üçün məqbuldur - Liparityan

17:12 14.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq ictimaiyyət həmişə Azərbaycanın tərəfində olub, lakin ermənilər dinləmək istəməyib, qarşılarına açıq-aşkar qeyri-mümkün məqsədlər qoyublar. Bunu Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın keçmiş müşaviri Jirayr Liparityan Massaçusetsdəki (ABŞ) Erməni Araşdırmaları Mərkəzində çıxışı zamanı deyib.

Liparityanın sözlərinə görə, “Azərbaycan prezidenti İlham Əliyev deyir ki, bizim daxili problemlərimiz sizə aid deyil. Beynəlxalq ictimaiyyət bununla razılaşır. Əliyevin indiki təklifi ermənilər üçün məqbuldur”.

“Reallıq ondan ibarətdir ki, beynəlxalq ictimaiyyət, o cümlədən BMT Təhlükəsizlik Şurası, eləcə də Rusiya, Fransa, İran, Yunanıstan və Kipr kimi dostlarımız Qarabağın müstəqil olmayacağını və Azərbaycanın bir hissəsi olduğunu hər zaman bildiriblər. Amma biz onları dinləmədik, özümüzə qulaq asdıq. ...Biz sadəcə olaraq dünyaya onların bizim üçün nə etməli olduqlarını deyirdik. Qurban kimi özümüzü rahat hiss etdik. …Bizim “mən bunu və ya bunu istəyirəm” demək lüksümüz yoxdur.

Liparityan əmindir ki, Azərbaycanla saziş imzalana bilər və prezident İlham Əliyevin hazırkı təklifinin ermənilər üçün məqbul olduğunu qeyd edib. haqqin.az