İlin əvvəlindən bəri Çin - Qazaxıstan sərhədini 70 min insan keçib

10:23 19.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

2024-cü il yanvarın 1-dən avqustun 16-dək Sincan-Uyğur Muxtar Bölgəsindəki Cimunay keçid məntəqəsi vasitəsilə Çin-Qazaxıstan sərhədini keçənlərin sayı 70 min nəfəri ötərək rekord həddə çatıb.

Hafta.az-ın Sinxua-ya istinadən yazdığına görə, “Bir Kəmər, Bir Yol”un birgə tikintisi intensivləşdikcə və vətəndaşları vizasız rejimə tabe olan ölkələrin siyahısı genişləndikcə, Cimunay keçid məntəqəsi Çin, Qazaxıstan və digər ölkələrdən transsərhəd səfər edən turistlər arasında getdikcə populyarlaşır.

“Sərnişin axınının artmaqda davam etdiyi bir vaxtda sərhəd zastavasının rəhbərliyi gömrük rəsmiləşdirilməsinin səmərəliliyini artırmaq və turistlərin gözləmə müddətlərini azaltmaq, o cümlədən pik saatların proqnozlaşdırılması və erkən xəbərdarlıq mexanizminin optimallaşdırılması, habelə sərnişin daşımalarının idarə edilməsinin gücləndirilməsi və əlavə kanalların açılması yönümüdə böyük işlər görülüb”, - sərhəd postunun rəsmisi Liu Feng bildirib.

Keçid məntəqəsi administrasiyasının rəis müavini Bay Jinyu qeyd edib ki, bu ildən Cimunayda iki istiqamətdə sərnişin axınında artım müşahidə olunur. Onun sözlərinə görə, sərhəd nəzarəti administrasiyası infrastrukturun modernləşdirilməsi layihəsinə 72 milyon yuan sərmayə qoyub və hazırda bu layihənin 80 faizi tamamlanıb.

"Gələcəkdə Cimunay sərhəd keçid məntəqəsi biznes mühitini optimallaşdırmağa, ticarət prosedurlarını sadələşdirməyə, beynəlxalq əməkdaşlığı gücləndirməyə və yüksək keyfiyyətli iqtisadi inkişaf işlərini səmərəli şəkildə həyata keçirməyə davam edəcək" deyib.

Cimunay nəzarət-buraxılış məntəqəsi Sincan-Uyğur Muxtar bölgəsinin Altaydakı eyniadlı rayonunda yerləşir və dövlət mülkiyyətində olan birinci kateqoriyalı quru keçid məntəqəsidir. Gömrük məlumatlarına əsasən, ötən il bu sərhəd-keçid məntəqəsindən 210,7 min ton mal idxal və ixrac edilib ki, bu da 85,6 faiz təşkil edir.

O cümlədən, malların idxalı və ixracı müvafiq olaraq 3,7 min ton və 207 min ton təşkil edib. Son illər bu məntəqə vasitəsilə avtomobil ixracının da həcmi artmaqda davam edir.