İlon Maskın sərvəti 250 milyard dolları ötdü

10:56 26.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Tesla" şirkətinin rəhbəri İlon Maskın sərvəti 250 milyard dolları ötüb.

Hafta.az oxu.az-a istinadən xəbər verir ki, bu, şirkət səhmlərinin bahalaşması fonunda baş verib.

Təkcə son sutka ərzində o, 3.9 milyard dollar qazanıb. "Tesla"nın dəyəri isə artıq 1 trilyon dolları keçib.

Qeyd edək ki, Mask hazırda böyük fərqlə dünyanın ən varlı şəxsləri siyahısına başçılıq edir.

Oxunma sayı 43