Yazını böyüt
Yazını kiçilt
Yanvarın 10-da saat 5 radələrində İmişli rayonunun Ağamalılar kəndi ərazisindəki meşə zolağında şəhər sakini Zaur Əliyevin bıçaqla qətlə yetirilmiş cəsədinin tapılması barədə daxil olmuş məlumatla əlaqədar rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənn hafta.az-a bildiriblər ki, münaqişə zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini E.Quliyev təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.