İnanırıq ki, Trampın yeni prezidentlik dövründə Azərbaycanla ABŞ arasında münasibətlər daha da möhkəmlənəcək - Prezident

14:52 06.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"İnanırıq ki, Donald Trampın yeni prezidentlik dövründə Azərbaycan ilə ABŞ arasında münasibətlər daha da möhkəmlənəcək".

Hafta.az xəbər verir ki, bu haqda Prezident İlham Əliyevin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampa ünvanladığı təbrik məktubunda deyilir.

"Biz Birləşmiş Ştatlar ilə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ikitərəfli tərəfdaşlığımızı bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, təhlükəsizlik, enerji, yaşıl və rəqəmsal keçid və digər istiqamətlər üzrə daha da genişləndirmək və dərinləşdirmək əzmindəyik. İnanırıq ki, Sizin yeni prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər daha da möhkəmlənəcək, yeni əməkdaşlıq sahələri müəyyən olunacaqdır", - məktubda bildirilir.