İndiyədək SOCAR-da 1674 işçi sərbəstləşib

17:02 26.11.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“SOCAR-da aparılan optimallaşdırma tədbirləri ilə əlaqədar bu günə qədər sərbəstləşən işçilərin sayı 1674 nəfərdir. Onlardan 938 nəfər “SOCAR üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair” proqramına qoşulub”. Bu barədə hafta.az-ın sorğusuna cavab olaraq SOCAR-ın  ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, sərbəstləşən işçilərin qalan hissəsi isə başqa təşkilat və ya şirkətlərdə işləməyə üstünlük verdiyinə görə və ya digər səbəblərdən proqrama qoşulmaqdan imtina edib: “Proqrama qoşulanlara sonuncu iş yerləri üzrə aldıqları orta aylıq əmək haqqının 50 faizi həcmində orta aylıq müavinət ödənilir və könüllü tibbi sığorta təminatı saxlanılır. Eləcə də, kvalifikasiya tələblərini ödədiyi vakansiyalar üzrə namizədliyinə baxılır və həmin əməkdaşlara daxili vakansiya təklifləri təqdim olunur. Proqrama qoşulan işçilərdən 310 nəfər bu günə qədər artıq SOCAR daxilində işlə təmin edilib”.

Oxunma sayı 185