İndoneziya havanın çirklənməsinə görə vergi tətbiq olunacaq

16:58 14.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İndoneziya havanın çirklənməsinə görə vergi tətbiq etməyi və sürücülərin ən yüksək oktanlı yanacaqdan istifadə etmələri üçün yeni tələbi nəzərdən keçirir. Bloomberg bu barədə prezident Coko Vidodoya istinadən məlumat yayıb.

Dövlət başçısının sözlərinə görə, İndoneziyanın sənaye obyektlərinə və elektrik stansiyalarına daha ciddi nəzarətə ehtiyacı var - onlar müasir hava təmizləyici qurğularla təchiz edilməlidir. Nəqliyyat vasitələrinin emissiya testindən keçməsi və uzunmüddətli perspektivdə ictimai və şəxsi nəqliyyatı elektrik modelləri ilə əvəz etməsi tələb edilməlidir.

Tələblərin sərtləşdirilməsinə səbəb İndoneziyanın paytaxtı Cakartada havanın keyfiyyətinin sürətlə pisləşməsi olub. Buna uzun sürən quraqlıq, nəqliyyat vasitələrinin tullantıları, həmçinin yerli kömürlə işləyən fabriklərin tullantıları səbəb olub. Nəticədə, bazar günü, avqustun 13-də Cakartada hava dünyanın ən çirkli havasına çevrilib.

"Son bir həftə ərzində Böyük Cakarta bölgəsində hava keyfiyyəti çox pis olub" deyib Vidodo nazirlər görüşündə.