İndoneziyanın Müdafiə Nazirliyi Türkiyədən 300 milyon dollar dəyərində pilotsuz uçuş aparatları (PUA) aldığını açıqlayıb.
Hafta.az-ın "Euronews"a istinadən yazdığına görə, nazirlikdən verilən açıqlamada Türkiyənin köhnəlmiş hərbi texnikasının modernləşdirilməsinə yönəlmiş satınalmaların sonuncusu olaraq Türk Hava və Kosmik Sənaye Aparatından (TUSAŞ) 300 milyon dollar dəyərində 12 yeni pilotsuz uçuş aparatının alındığı bildirilib.
Razılaşma İndoneziya prezidenti Coko Vidodonun ötən iyul ayında ölkənin təhlükəsizlik orqanlarının, o cümlədən müdafiə nazirliyinin həddən artıq xərclənməsini vurğulayaraq, kabinetini “sağlam” büdcə saxlamaq barədə xəbərdar etməsindən sonra əldə edilib.
Yanvarda müdafiə naziri Prabovo Subianto 12 "Mirage 2000-5" qırıcı təyyarəsi almaq üçün 800 milyon dollarlıq müqavilə imzalayıb və bu təyyarələr çox köhnə olduğu üçün tənqid edildi. İndoneziya fevralda 8,1 milyard dollara 42 ədəd "Rafale" qırıcısı aldı.
Hökumətin məlumatlarına görə, 8,89 milyard dollarla Müdafiə Nazirliyi bu il ümumi büdcənin ən böyük ayırmasına malikdir.
İHA satışına dair TAI ilə müqavilə fevralda imzalanıb və təslimat 32 ay ərzində başa çatacaq. Müdafiə Nazirliyindən verilən açıqlamada, müqaviləyə təlim və uçuş simulyatorlarının da daxil olduğu bildirilib.