İndoneziyada Qərbi Papua Əyalət Yol Polisi İdarəsinin iki əməkdaşı ölkənin milli silahlı qüvvələrinin ildönümünü qeyd edərkən nalayiq davranışa görə işdən çıxarılıb. Hafta.az bildirir ki, bu barədə ANTARA məlumat yayıb.
Hadisə 2022-ci il oktyabrın 5-də baş verib. Mənbənin sözlərinə görə, iki hüquq-mühafizə orqanı əməkdaşı yerli polisin İndoneziya ordusunun 77-ci ildönümü münasibətilə regional hərbi komandanlığa təqdim etməyi planlaşdırdığı tortu yalayıb. Bundan dərhal sonra Qərbi Papua Polisinin rəhbəri regional hərbi komandanlığın rəhbərindən və bütün İndoneziya ordusundan rəsmi üzr istəyib.
Hadisə internetdə yayılıb hakimiyyətə məlum olduqdan sonra həmin şəxslər qalmaqalla polisdən qovulublar. Qərar etik kodeksin normalarına əsaslanaraq baş komissar tərəfindən qəbul edilib. Qərbi Papua əyalət polisinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri bildirib ki, buna baxmayaraq, indoneziyalılar işdən çıxarılmaları ilə bağlı şikayət etməyi planlaşdırırlar.