Rusiyada yüksək faiz dərəcələrinə və digər tədbirlərə baxmayaraq, inflyasiya hədəfinə nail olmaq mümkün deyil. Mərkəzi Bank prezidentinin müşaviri Kseniya Yudayeva inflyasiya ilə bağlı rəsmi gözlənti rəqəminin yenidən artırılmalı olacağını açıqlayıb.
Hafta.az-ın yazdığına görə, inflyasiyanın gedişatını qiymətləndirən Yudayeva faktiki inflyasiyanın gözləntilərdən yüksək olduğu üçün ona yenidən baxılacağını proqnozlaşdırdığını bildirib.
İyunun 24-nə olan məlumata görə, Rusiyada ilin əvvəlindən inflyasiya 3,82 faiz təşkil edib. 24 iyun 2023-cü il tarixindən etibarən illik inflyasiya 8,75 faizə çatıb. Halbuki fevral ayında Mərkəzi Bankın bütün il üçün inflyasiya gözləntiləri 4-4,5 faiz səviyyəsində olub.
Apreldə bu təxmin 4,4-4,8 faizə yüksəldilib.
Mərkəzi Bankın sorğusunda iştirak edən analitiklərin illik orta inflyasiya gözləntiləri may ayında 5,2 faizdən 5,5 faizə yüksəlib.
Ali İqtisadiyyat Məktəbinin müəllimi Yevgeni Koqan inflyasiyanın 6 faizi ötəcəyini proqnozlaşdırsa da, bəzi ekspertlər bu göstəricinin 7-7,5 faizə çata biləcəyini hesab edirlər.