İngiltərə kubokunda rekorda imza atılıb

19:11 31.03.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Mancester Siti” İngiltərə kubokunda rekorda imza atıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Xosep Qvardiolanın komandasl yeddi mövsüm ardıcıl olaraq yarımfinala yüksələn ilk komanda olub.

Dünən “Mançester Siti” 1/4 finalda “Bournmut” üzərində 2:1 hesablı qələbə qazanıb.

Turnirin yarımfinalında onlar “Nottingem Forest” ilə qarşılaşacaq. İkinci yarımfinalda isə “Aston Villa” və “Kristal Palas” komandaları üz-üzə gələcək.

İngiltərə Kubokunun cari qalibi “Manchester Yunayted”dir.