Yazını böyüt
Yazını kiçilt
İordaniyanın Baş naziri Bişr əl-Hasavne Misirə səfəri zamanı koronavirusa yoluxub.
Hafta.az-ın "Petra" Xəbər Agentliyinə istinadən yazdığına görə, bu barədə məlumatı hökumət sözçüsü Feysəl əş-Şebul bu gün yayıb. Məlumata əsasən, İordaniya hökumətinin başçısı Qahirədə İordaniya - Misir müştərək Ali Komissiyasının iclasında misirli həmkarı Mustafa əl-Medbuli ilə iştirak edirmiş. İclasdan sonra özündə narahatlıq hiss edən İordaniyanın Baş naziri test verib və nəticəsi pozitiv çıxıb. Bu səbəbdən də Baş nazir Şebul, Misir prezidenti Əbdülfəttah əs-Sisi və digər dövlət rəsmiləri ilə görüşə qatıla bilməyib.
Baş nazir Şebul Əmmana qayıdandan sonra ev şəraitində özünütəcrid rejiminə keçib.