“Düşünürük ki, yerli özünüidarəetmə seçkiləri - 4 oktyabr günü, bəzi qeyri-ciddi anonslara baxmayaraq, sakit keçəcək, ölkənin sakit və sabit inkişafı davam edəcək”.
Hafta.az-ın yazdığına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Hökumət başçısının qeyd etdiyi kimi, biznesin sabit siyasi və iqtisadi mühitə malik olması üçün maksimum səy göstəriləcək.
“Bu gün ölkədə sakit vəziyyət hökm sürür. Qarşıda bizi yerli özünüidarəetmə seçkiləri gözləyir. Təbii ki, həm hakimiyyət, həm də biznes üçün siyasi baxımdan sabitlik və əmin-amanlıq əsas əhəmiyyət kəsb edir. Biz bu məsələyə cavabdehik və biznes fəaliyyətinizi həyata keçirmək üçün sabit siyasi və iqtisadi mühitin təmin olunması naminə əlimizdən gələni edəcəyik. Bizim üçün sizinlə məsləhətləşmələr aparmaq, sizinlə işləmək və əməkdaşlıq etmək çox önəmlidir. Bu gün də bizə bunun üçün çox yaxşı bir imkan yaradır və gələcəkdə də əməkdaşlığa, məsləhətləşmələrə, sizin tövsiyələrinizi qəbul etməyə tamamilə açığıq. Bir daha sizə hörmətimizi və əməkdaşlığa hazır olduğumuzu təsdiqləyirik “, – deyə baş nazir bildirib.