İran İsfahana hücumda potensial günahkar Ukraynanı hesab edir

18:35 30.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İran İsfahana pilotsuz təyyarə hücumunun potensial günahkarı kimi Ukraynanı görür. Bu barədə Amwaj.media portalı Tehrandakı yüksək rütbəli mənbəyə istinadən yazır.

“Ukrayna potensial günahkarlar sırasında görünür”, - portal yazır.

Yanvarın 28-i axşam saatlarında İsfahanda güclü partlayış baş verib. İran Müdafiə Nazirliyi bunun pilotsuz təyyarələrin “uğursuz hücumu” olduğunu bildirib. İran mediası ən azı beş əyalətdə partlayışlar barədə yazıb. Əl Ərəbiyyə telekanalı İsrailin İrana qarşı hərbi əməliyyatı barədə məlumat yayıb.

İran Məclisi PUA-nın hərbi zavoda hücumunu araşdırmaq üçün İsfahana komissiya göndərəcək.
Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyakın İran ərazisinə pilotsuz təyyarələri vurmaq çağırışı ilə əlaqədar Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.