İran borca görə İraqın qazını kəsdi

16:18 23.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İran yığılmış borclara görə İraqa qaz nəqlini dayandırıb.

Hafta.az xarici KİV-ə istinadən xəbər verir ki, bu səbəbdən iki gündür İraqda mütəmadi olaraq elektrik enerjisinin verilişi dayandırılır. İraq Elektrik Nazirliyi də məsələ barədə açıqlama verib.

Bildirilib ki, İrandan idxal edilən gündəlik qaz həcmi 50 milyon kubmetrdən 8,5 milyon kubmetrə düşüb. Bundan başqa, daxili istehsal da 50 faiz azalıb.

Qeyd edilib ki, paytaxt Bağdadla yanaşı, Kərkük, Diyala, Nəcəf, Kərbəla, Kadisiyə, Musənna və Banil kimi vilayətlərdə iki gündür elektrik enerjisinin verilişində uzunmüddətli fasilələr yaranır.

Oxunma sayı 34