İran Məhsa Əmininin ölüm səbəbini açıqladı

17:05 07.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İranda etirazların başlamasına təkan verən Məhsa Əmininin ölümünə fiziki təsir səbəb olmayıb.

Hafta.az bildirir ki, bu barədə İran Məhkəmə Tibb Təşkilatının hesabatında deyilir.

“Yarılmanın nəticələrinə əsasən müəyyən edilib ki, ölüm baş nahiyəsinə və ya digər həyati orqanlara və ya bədən hissələrinə vurulan zərbələrdən olmayıb”, - sənəddə deyilir.

Mütəxəssislərin fikrincə, 8 yaşında qız beynindən əməliyyat olunub.