İran pilotsuz təyyarələrinin Rusiyaya satılması xəbərlərini təkzib edib

18:34 03.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanaani dronların Rusiyaya ötürülməsi ilə bağlı xəbərləri təkzib edib. Hafta.az bildirir ki, Bu barədə nazirliyin Telegram hesabında məlumat verilib.

“İran Ukraynadakı müharibədə istifadə üçün Rusiyaya pilotsuz təyyarələrin çatdırılması ilə bağlı dərc edilmiş xəbərləri əsassız hesab edir və onları təsdiqləmir”, - mesajda deyilir.

Onun sözlərinə görə, İran neytral siyasi kursa sadiqdir.

Bundan əvvəl Ağ Evin mətbuat katibi Karine Jan-Pier İranın Rusiyaya Mohajer-6 və Shahed seriyalı pilotsuz uçuş aparatlarının partiyasını tədarük etdiyini bildirib.

Oxunma sayı 1631