İran Rusiyanın Ukraynada istifadə etməsi üçün yeni PUA hazırlayıb

09:10 11.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İran Rusiyanın Ukraynadakı müharibəsi üçün yeni silahlı pilotsuz uçuş aparatı (PUA) hazırlayıb və Moskvanı yer-yer raketləri ilə təmin etməyə yaxın görünür.

Hafta.az-ın “Sky News”a istinadən yazdığına görə, “Şahid 107” adlı İHA-nın döyüş meydanında İngiltərə və ABŞ kimi yüksək dəyərli hədəfləri axtara bilən texnologiya ilə təchiz edildiyini bildirilir.

Mənbə bildirib ki, xüsusi hazırlanmış PUA-nın "bir neçə vahidi" Rusiyaya dəyəri 2 milyon dollardan çox olan sövdələşmədə təklif edilmiş ola bilər. “Bütün bunlar İranın Rusiyanın Ukraynadakı maraqlarını dəstəkləmək üçün böyük səyləri adlandıra bilərik”,  - məlumatda deyilir.

Ukrayna və onun Qərb müttəfiqləri dəfələrlə Tehranı Moskvaya “Şahid-131” və “Şahid-136” kimi tanınan yüzlərlə “kamikadze İHA” verməkdə ittihamlayıblar.

Rusiya son günlər intensivləşən mülki və hərbi hədəflərə qarşı ölümcül hücumlar dalğasında raket və PUA-lardan istifadə etməklə Ukraynaya hücumlar həyata keçirir.

Təhlükəsizlik mənbəyi bildirib ki, yeni “Şahid-107” V formalı quyruğu olan Şahid-101 ailəsindəndir. O, həmçinin, təxminən 2,5 metr uzunluğunda və 3 metr qanad genişliyinə malik olan PUA-nın bir vasitədən atıla biləcəyini və 1500 kilometrə qədər mənzilə sahib olacağı təxmin edildiyini söyləyib.

SİHA-nın video ötürülməsi üçün canlı yayım ötürücü ilə təchiz edildiyi düşünülür. Bu cür kəşfiyyat imkanları o deməkdir ki, sözügedən PUA Ukraynanın cəbhə xəttindəki digər PUA və ya silah sistemlərinin vuracağı hədəfləri müəyyənləşdirmək üçün istifadə edilə bilər.

Təhlükəsizlik mənbəyi iddia edib ki, İran təhlükəsizlik qüvvələri İranın mərkəzində Şahid-107 və Şahid-136 PUA-larının olduğu hava bazasında ruslarla sınaq keçirib.

İran prezidenti İbrahim Rəisi sentyabrda səsləndirdiyi çıxışında ölkəsinin Ukraynada istifadə üçün Rusiyaya PUA və ya digər silahlar göndərdiyinə dair xəbərləri təkzib edib.

Rəisinin Nyu Yorkda BMT Baş Assambleyasının kuluarlarında "Ukraynadakı müharibəyə qarşıyıq" dediyi qeyd olunub.

Ağ Evin sözçüsü Con Kirbi noyabrda deyib ki, İran Ukraynada istifadə üçün Rusiyaya ballistik raketlər tədarük etməyi nəzərdən keçirə bilər, lakin Kreml bu məsələni şərh etməkdən boyun qaçırıb.

Bununla belə, “Sky News”a danışan təhlükəsizlik mənbəyi, "Etibarlı məlumata görə, İran və Rusiya silah müqaviləsini yeniləyib və Rusiya yaxın gələcəkdə "yer-yer" dəqiq raket sistemləri almağı gözləyir" deyib. Əlavə edilib ki, bura 300 kilometrdən çox mənzilli raketlər daxildir.

Siyasət rubrikasından digər xəbərlər