Birləşmiş Millətlər Təşkilatının ekspertləri bildiriblər ki, İran bu il 15-i qadın olmaqla 400-dən çox adamı edam edib və avqust ayında edamların sayının artması ilə bağlı narahatlıq var.
Hafta.az-ın “The İndependent”ə istinadən yazdığına görə, avqustda ən azı 81 nəfərin edam edilib ki, bu da iyulda bildirilən 45 nəfərin edam sayından təxminən iki dəfə çoxdur.
BMT-nin İnsan Haqları Şurası tərəfindən təyin edilmiş, lakin təşkilat adından çıxış etməyən ekspertlər “edamların sayındakı bu əhəmiyyətli artımdan dərin narahat olduqlarını” bildiriblər.
Açıqlamada, ötən ay narkotiklə əlaqəli cinayətlərə görə 41 edamın həyata keçirildiyi, bunun isə İranın da qoşulduğu Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktına zidd olduğu deyilir.
Ekspertlər qeyd ediblər ki, “narkotiklə bağlı qanun pozuntusuna görə həyata keçirilən edamlar beynəlxalq standartları pozur”.
BMT uzunmüddətli perspektivdə edam cəzasını ləğv etmək üçün İranı dəfələrlə edam cəzasını dayandırmağa çağırıb.