İran Təbriz Universitetində ermənişünaslıq kafedrası açır

15:51 03.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Təbriz Dövlət Universitetində ermənişünaslıq kafedrası açılacaq.

Hafta.az bildirir ki, bu barədə İrəvan Dövlət Universitetinin rektoru Hovhannes Hovhannisyan öz Facebook səhifəsində təbrizli həmkarı Səfər Nəsrolla Zadə ilə görüşündən sonra məlumat verib.

Öz növbəsində İDU İranşünaslıq kafedrasının nəzdində Atropatena (İran Azərbaycanı) şəhərinin öyrənilməsi üçün mərkəz yaratmağa hazır olduğunu bildirib.

Xatırladaq ki, bu günlərdə İranın Ermənistanla qonşu olan Şərqi Azərbaycan vilayətinin qubernatoru Abedin Korramın başçılıq etdiyi nümayəndə heyəti İrəvana səfər edib.

Siyasət rubrikasından digər xəbərlər