İrana qarşı son etirazlarla bağlı yeni sanksiyalar hazırlayır

19:39 03.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Almaniya, Fransa, Danimarka, İspaniya, İtaliya və Çexiya ölkədəki son etirazlarla əlaqədar Avropa İttifaqının İrana qarşı yeni sanksiyaları üçün 16 təklif təqdim edib. Hafta.az bildirir ki, Reuters Almaniya Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən xəbər verir.

Mənbə əlavə edib ki, tədbirlər “ümummilli etirazların yatırılmasına” cavabdeh olan şəxsləri və qurumları hədəf alacaq.

Spiegel jurnalı yazır ki, bu ölkələr Aİ xarici işlər nazirlərinin oktyabrın 17-də keçiriləcək iclasda sanksiyalarla bağlı qərar vermələrini istəyir, eyni zamanda Aİ üzvlərindən heç bir müqavimət gözlənilmir. "İndi biz bu təkliflərin həyata keçirilməsi üzərində işləyirik", - mənbə bildirib.

Oxunma sayı 1596