İranda daha 1961 nəfər koronavirusa yoluxub

17:20 11.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranda ötən sutka ərzində 25 nəfər koronavirusdan (COVID-19) ölüb.

Hafta.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 131 940 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 1961 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 210 298 nəfərə çatıb.