Yazını böyüt
Yazını kiçilt
İranın qərbindəki Kirmanşah əyalətində yerləşən Novsud şəhərində 4 qatlı yaşayış binası çöküb.
Hafta.az-ın yazdığına görə, binanın uçmasına səbəb qaz xəttində baş verən partlayış olub. İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər həlak olub, 8 nəfərsə yaralanıb.
Kirmanşah Qırmızı Aypara Təşkilatının rəhbəri Fərzin Mütəmədi "Tasnim" Xəbər Agentliyinə, səhər saatlarında meydana gələn olayla bağlı verdiyi məlumatda qeyd edib ki, partlayış zamanı çökən binanın dağıntıları altında yaralıların olma ehtimalı var. Hətta ölü sayının artması da gözlənilir. Qeyd edib ki, partlayış zamanı qonşu binalara da xəsarət dəyib.
Hazırda dağıntıların altında qalanların xilası üçün xilasetmə tədbirləri həyata keçirilir.