İranda güclü zəlzələ baş verib

23:50 09.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranın cənubunda 5,7 bal gücündə zəlzələ baş verib.

Hafta.az-ın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, "UTC" vaxtı ilə saat 17:18-də qeydə alınan yeraltı təkanların episentri Şiraz şəhərindən 216 kilometr cənub-şərqdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.

 

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.