İran məhkəməsi hicabsız meydana çıxdıqları üçün ötən bazar şərti azadlığa buraxılan iki iranlı jurnalistə qarşı iddia qaldırıb.
Hafta.az-ın AP-a istinadən yazdığına görə, Nilüfər Həmidi və Elahə Məhəmmədi girovpulunu ödədikdən sonra sərbəst buraxılıb. Onlar 2022-ci ildə həbsdə olan Məhsa Əmininin ölüm xəbərini yaydıqları üçün müvafiq olaraq 12 və 13 il həbs cəzasına məhkum ediliblər.
Bazar günü sosial şəbəkələrdə 31 yaşlı Həmidi və 36 yaşlı Məhəmmədi Tehranın “Evin” həbsxanasının qarşısında başları açıq vəziyyətdə əks etdirən fotolar yayılıb.
Onlar ötən ilin sentyabrında Məhsa Əmininin ölüm xəbərinin yayılmasına töhfə verməkdə ittiham olunaraq təxminən 17 ay həbs cəzasına məhkum ediliblər.
Bazar ertəsi yayımlanan hesabatında məhkəmə hakimiyyətinin “Mizan” xəbər agentliyi sosial mediada geniş yayılmış videoçarxda iki jurnalistin ailələri ilə birlikdə azadlığa çıxmasını qeyd etdiyinə istinad edərək, hicabsız olduqları üçün onlara qarşı yeni iş açıldığını bildirib.
“Ham Mihan” qəzetinin müxbiri Məhəmmədi ötən il ABŞ-ın xeyrinə casusluq ittihamı ilə 6 il, ölkənin təhlükəsizliyinə qarşı sui-qəsd ittihamı ilə 5 il, “Dövlət əleyhinə təbliğat aparmaq” ittihamı ilə isə 1 il həbs cəzasına məhkum edilib. “Şark” qəzetinin fotomüxbiri Həmidi ABŞ-ın xeyrinə casusluq ittihamı ilə 7 il, ölkənin təhlükəsizliyinə qarşı sui-qəsd ittihamı ilə 5 il, “rejim əleyhinə təbliğat aparmaq” ittihamı ilə isə 1 il həbs cəzasına məhkum olunub.
İclasın sonunda Həmidi vurğulayıb ki, gördüyü iş “bir jurnalist kimi qanun çərçivəsində öz borcudur və o, İranın təhlükəsizliyinə qarşı heç bir tədbir görməyib. Onların hər biri üçün girovhaqqı təxminən 170 min avro olub.
İran İnqilab Keşikçiləri Korpusuna bağlı “Fars” Agentliyi bildirib ki, adıçəkilən jurnalistlərin hər ikisinə İrandan getmək qadağandır və azadlığa buraxılma qərarı apellyasiya öncəsi dinləmələrə qədər qüvvədədir.
Sentyabrın 16-da Tehranda əxlaq polisi tərəfindən "yarıaçıq baş örtüyü"nə görə saxlanılan 22 yaşlı iranlı kürd qadının ölümü barədə reportaj hazırlayan iki jurnalist həbs edilib.
Nilüfər Həmidi ölümündən əvvəl Məhsa Əmininin üç gün komada qaldığı xəstəxananı ziyarət edərkən, Elahə Məhəmmedi də dəfn mərasimini izləmək üçün gənc qadının məmləkəti olan Sakkız şəhərinə gedib.
Keçən avqustda Tehran Jurnalistlər Birliyinin sədri Əkbər Müntəcəbi İranın “Sazandegi” qəzetinə müsahibəsində yazmışdı ki, hakimiyyət Mahsa Əmini etirazları başlayandan bəri 100-dən çox jurnalisti həbs edib. O, bunu “jurnalistikanın qaranlıq dövrü” kimi qiymətləndirib.
Nilüfər Həmidi və Elahə Məhəmmədi mətbuat azadlığını müdafiə edən təşkilatların, o cümlədən Sərhədsiz Reportyorların dəstəyini aldılar və bu iki jurnalistin öz peşələri ilə məşğul olduqlarına görə cəzalandırıldığını bildirdilər.
Keçən may ayında 3500 iranlı jurnalist və vətəndaş fəalı ilkin şərt olmadan məhkəmənin “ictimai və ədalətli” keçirilməsini tələb edən bəyanat yayıb.