İranda nümayişlər zamanı saxlanılanların orta yaşı 15-dir

16:42 06.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İran İnqilab Keşikçiləri Ordusunun baş komandanının müavini Əli Fedevi İranda Məhsa Əmininin ölümündən sonra başlayan rejim əleyhinə etirazlarda saxlanılanların orta yaşının 15 olduğunu bildirib.

İranda saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra ölkə daxilində başlayan nümayişlər 20-ci gündə də davam edir. Hafta.az bildirir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın xəbərinə görə, İnqilab Keşikçiləri Ordusunun baş komandanının müavini Əli Fedevi ölkədə davam edən etirazlar zamanı saxlanılanların orta yaşının 15 olduğunu bildirib.

Məhsa Əmini üçün küçələrə çıxan gənclərin aldadıldığını bildirən Fedevi, "Ölkəmizdə küçə etirazları və iğtişaşlarda saxlanılanların orta yaş həddi 15-dir. Bu gənclər lazımi təhsil və təlimatdan məhrum olmuşlar, sosial medianın qurbanı olub bu şəkildə düşmənin tələsinə düşüblər. Bunu bir növ kompüter oyununa bənzədirlər. Xüsusilə sosial media və internetin təsiri altında düşmənin qurbanına çevrilirlər" deyib.