İslahatçı Məsud Pezeşkian və mühafizəkar Səid Cəlili İranda cümə gününə planlaşdırılan prezident seçkilərinin kritik ikinci turu üçün kampaniyaya başlayıblar. Digər tərəfdən, Konstitusiya Keşikçilər Şurası, seçicilərin yüzdə 60-ı tərəfindən rekord sayda boykot edilən ilk turun nəticələrinin təsdiqləndiyini açıqlayıb.
Hafta.az-ın “Mehr” xəbər agentliyinə istinadən yazdığına görə, Cəlili Tehranın mərkəzindəki bazara gedərək oradakı satıcılarla iqtisadiyyatı dirçəltmək planlarından danışıb. Cəlili ticarətçilərə iqtisadi böhranı həll etmək üçün "möhkəm" proqramı olduğunu deyib. “İqtisadi vəziyyəti yaxşılaşdırmaq ən mühüm proqramlarımızdan biridir. Biz insanların güzəranının yaxşılaşdırılması üçün hərtərəfli və ətraflı planlar hazırlamışıq” deyə əlavə edib.
Pezeşkiyan X platformasında verdiyi açıqlamada internetə qoyulan məhdudiyyətləri aradan qaldırmağa və “əxlaq polisi” patrullarını dayandırmaqla ictimai azadlıqları qoruyacağına söz verib.
Pezeşkian və Cəlili bazaar ertəsi axşamı xarici və daxili siyasət ətrafında cərəyan edəcək ikinci turun ilk televiziya debatında, bu gün axşam isə iqtisadiyyat üzrə ikinci və yekun debatda üz-üzə gələcəklər.
İran parlamentində mühafizəkarlarla islahatçı düşərgələr arasında söz savaşı yenidən alovlanıb. Qatı millət vəkili Həmid Rəsayi Pezeşkiyanın Məhəmməd Cavad Azərinin "Talibanın İranda hakimiyyəti ələ keçirməsinin qarşısını almağa çağırışı" ilə bağlı mühafizəkarlara istinad edərək söylədiyi fikirlərə etiraz edib.