İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətinin Rasek şəhərinin sünni ruhanisi Mövləvi Fəthi Məhəmməd Nəqşbəndinin “ölkə hökumətini ləkələmək”, “milli təhlükəsizliyə qarşı hərəkət etmək” və “xalqı təxribat etmək” kimi ittihamlarla həbs etdiyi bildirilir.
Hafta.az-ın yazdığına görə, məlumatı İran Ədliyyəsinin Mizan Xəbər Agentliyi yayıb. Bildirilib ki, iranlı sünni ruhani son aylar ölkə hakimiyyətinə qarşı “sərt və təxribatçı” münasibət sərgilədiyi üçün hakimiyyət tərəfindən xəbərdarlıq edilsə də, “qanunsuz” hərəkətlərini davam etdirir.
Qeyd edilib ki, Nəqşibəndi “ölkə administrasiyasına böhtan atmaq”, “milli təhlükəsizliyə zidd fəaliyyət” və “yalan sözlərlə xalqı təhrik etmək” kimi ittihamlarla həbs olunub.
Məhəmməd Nəqşbəndi bundan əvvəl İranın məhkəmə orqanları tərəfindən ifadə verməyə çağırılmışdı.