İranda üç etirazçı edam cəzasına məhkum edilib

19:10 16.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Tehranın İnqilab Məhkəməsi noyabrın 16-da İrandakı iğtişaşların üç iştirakçısına ölüm hökmü çıxarıb. Bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Qeyd olunur ki,etirazşıların məhkəməsi və təqsirləndirilən şəxslərin dinləmələrindən sonra məhkəmə vəkillərin iştirakı ilə daha üç vətəndaşa ilkin hökm çıxarıb.

Agentliyin məlumatına görə, iştirakçılardan birincisi "İranda ictimai asayişi və qeyri-sabitliyi pozmaq, o cümlədən insanlara və dövlət əmlakına ziyan vurmaqda" ittiham olunaraq cəza alıb.

İkinci müttəhim Pakdaşte polis postunun yandırılması və əmlakının dağıdılmasında təqsirli bilinib. Üçüncü şəxs dövlət əmlakına ziyan vurmaqda, həmçinin “iğtişaşlarda aparıcı rol oynamaqda” təqsirli bilinib.

Bundan əvvəl İranın futbol üzrə milli komandasının keçmiş oyunçusu Əli Daeinin edam cəzasına məhkum edildiyi məlum olub.