İranın Baş Qərargah rəisi Bakiri AZƏRBAYCANI TƏHDİD ETDİ

09:10 23.09.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İranın Baş Qərargah rəisi Məhəmməd Bakiri paytaxt Tehranda keçirilən mərasimdə Azərbaycanın ünvanına hədə dolu açıqlamalar verib.

Hafta.az-ın yazdığına görə, o, Azərbaycana eyham vuraraq “Biz onlara problemlərini sülh yolu ilə həll etməyi tövsiyə edirik” deyib. Bakiri regionda hər hansı sərhəd dəyişikliyinə dözməyəcəklərini təkrarlayıb. "Dəfələrlə bəyan etdiyimiz kimi, regionda sərhədlərin hər hansı formada dəyişikliyinə dözməyəcəyik. Biz Azərbaycan və Ermənistana problemlərini sülh yolu ilə aradan qaldırmağı məsləhət görürük", - deyib fars general.

ABŞ və İsrail vasitəsilə Körfəz ölkələrinə də mesaj verən Bəkiri, "Sionistlərin bölgədə mövcudluğu təhdiddir. Əgər birbaşa təhlükə hiss etsək, sionist rejim və onun havadarları ilə qarşılaşacağıq" deyib. Bölgə ölkələri ilə yaxın əlaqələr qurmaq istədiklərini, lakin ABŞ və İsrailin bölgədə təhlükə yaratdığını qeyd edən Bakiri, “Bu təhdidlər aradan qaldırıldıqda regional ittifaq yaranır”, - deyib.

Siyasət rubrikasından digər xəbərlər