İranlı kino ulduzu hicab taxmadığına görə həbs oluna bilər

17:45 10.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İranlı aktrisa Təraneh Əlidosti ölkəsinin qadınlarına dəstək olaraq hicabsız fotosunu yayıb. Bu barədə Daily Mail məlumat yayıb.

Əlidosti əlində kürdcə "Qadın, Həyat, Azadlıq" yazısı olan kağız parçası tutduğu baş geyimsiz şəklini paylaşıb. Bu ifadə İran rejimini tənqid edən etirazçılar üçün mitinq çağırışıdır.

Nəşrin məlumatına görə, aktrisa yayımlanan kadra görə həbs olunmaq riski daşıyır. İranın cəza məcəlləsində qadınların küçələrdə və ictimai yerlərdə hicabsız görünməsinin cinayət olduğu bildirilir.
2020-ci ildə məhkəmə Əlidostini İran hakimiyyətini tənqid etdiyinə görə 5 ay həbs cəzasına məhkum edib. Qız İran polisinin hicab taxmadığı üçün küçədə qadına hücum etdiyi videonu yayıb.