İraq hökuməti İrana NOTA VERDİ

17:50 29.09.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bağdad hökuməti ölkənin şimalındakı Komele, KDP və PAK təşkilat mərkəzlərinə 9 nəfərin öldüyü, 32 nəfərin yaralandığı hava zərbələri ilə əlaqədar İrana nota verib.

Hafta.az-ın yazdığına görə, İranın Bağdaddakı səfiri Məhəmməd Kazım Sadiki İraq Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim edilib. Nazirliyin rəsmi məlumatında qeyd olunur ki, “İranın İraqın Kürdüstan muxtariyyətinin kəndlərinə pilotsuz uçuş aparatları və raketlərlə həyata keçirdiyi hava hücumları səbəbilə İran səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ondan izahat  tələb edilib. Aralarında qadın və uşaqların da olduğu bir çox İraq vətəndaşının öldüyü həmin hücum pislənib və İran hökumətindən İraqın suveren hüquqlarına və sərhədlərinin toxunulmazlığına hörmət göstərməsi tələb olunur".