İraq qrupları "enerji müharibəsi" ilə hədələdi

09:25 07.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İraqlı qruplar Fars körfəzi regionunda “enerji müharibəsi” ilə hədələyiblər. İslami Müqavimətin qanadı olan İraqdakı “Kətaib Hizbullah” deyib: “Enerji müharibəsi başlayanda dünya gündə 12 milyon bareldən çox neft itirəcək”.

Hafta.az-ın yazdığına görə, Seyid əl-Şühəda Briqadalarının sözçüsü Kazım əl-Fartusi televiziyaya verdiyi müsahibədə, “İraq konstitusiyası qrupların İsrailə cavab verməsinə mane olmur. Ərəb körfəzindəki bazaları hədəfə ala bilərik. Bu nöqtədə enerji faylı müəyyənedici amil olacaq" deyib.

Digər tərəfdən, İraq İslami Müqaviməti iki gün əvvəl pilotsuz uçuş aparatları ilə Tiberiya və Colan təpələrində üç hədəfə edilən hücumun məsuliyyətini öz üzərinə götürdü. İslami Müqavimət "mütərəqqi PUA-larından artan sürətlə istifadə etməyə davam edəcəyinə" söz verib.

İsrail ordusu şərqdən gələn PUA-nın partlaması nəticəsində iki İsrail əsgərinin öldüyünü, digərlərinin isə yaralandığını təsdiqləyib.