İraqda şiə silahlıları sünni şəhəri Samirəni 17 ildir blokadada saxlayır

10:16 15.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İraqın Samirə şəhərində Əhməd Abdussalih və onun kimi yüzlərlə insan 2006-cı ildən, şəhərin qanlı məzhəb gərginliyinə səhnə olduğu vaxtdan bəri öz dükanlarına və digər mülklərinə daxil ola bilmir.

Hafta.az-ın yazdığına görə, 2006-cı ildə şəhərdəki şiə Həsən əl-Əskəri və Əli əl-Hadi ziyarətgahlarını hədəf alan hücumlardan sonra iraqlı şiə milis qrupları “terror təhlükəsi” səbəbiylə şəhərin köhnə hissələrində sünni bina və dükanları bağlayıb, evləri boşaldıblar”.

ABŞ-ın İraqı işğalı zamanı Samirə şəhəri işğala müqavimət göstərən qrupların fəal şəkildə mövcud olduğu “Sünni üçbucağı” kimi tanınan bölgədə yerləşirdi. Aradan 17 il keçməsinə baxmayaraq, İranın dəstəklədiyi şiə milislərin tətbiq etdiyi hərbi blokada aradan qaldırılmayıb. Şəhər sakinləri hökuməti həyatı normallaşdırmağa çağırır.

“Rudaw” İngilis xidmətinin xəbərinə görə, Abdussalih, "17 ildir çəkdiyimiz ağrı və ürəyimizi qıran da budur. Bir çox insan şəhəri tərk edərək başqa yerlərdə iş tapmağa çalışıb" deyib.

Bağdaddan 124 kilometr şimalda yerləşən Samirə Səlahəddin vilayətinin 200 min nəfərlik ən böyük şəhərlərindən biridir. Şəhər əhalisinin böyük hissəsi sünnilərdən ibarətdir.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, ən azı 660 bina, 3 min mağaza, 45 otel və onlarla başqa mərkəz şiə qüvvələri tərəfindən hərbi mühasirədədir və onların sahiblərinə bu mülklərə giriş qadağan edilib. Təhlükəsizlik tədbirləri olduqca sərtdir. Hətta Samirəyə girmək üçün şəhərdən bir zamin tələb olunur və bu, bir çox insanı ölkənin başqa yerlərində daha firavan həyat axtarışına məcbur edir.

İraqda İslam tarixinin mühüm mərkəzlərindən biri kimi tanınan bu şəhər indi sünni xalqının qəbiristanlığı kimi görünür.

"Görülən tədbirlərlə bağlı şəhərdə yüksək işsizlik və digər sosial problemlər mövcuddur. Bu gün Samirədə sosial müəssisələrdən daha çox təhlükəsizlik orqanları var", - deyən bələdiyyə sədri Bəkir Məhəmməd Şərif blokadanın yoxsulluq səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına səbəb olduğunu bildirib.

Siyasət rubrikasından digər xəbərlər