Ermənistanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əməl etməməsi səbəbindən Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlar yenidən başlayıb.
Hafta.az xəbər verir ki, bu barədə rusiyalı ictimai xadim, politoloq, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov öz Telegram kanalında yazıb.
Markov vurğulayır ki, Ermənistan öz qoşunlarını Qarabağdan tam çıxarmayıb.
Politoloq onu da qeyd edir ki, nəqliyyat dəhlizləri hələ açılmayıb.
“Onlardan ən mühümü Türkiyə-Naxçıvan-Zəngəzur marşrutu ilə Ermənistan ərazisindən keçməli olan Zəngəzur dəhlizidir.
Ermənistan sərhədin demarkasiyası və delimitasiyasını gecikdirir.
Ermənilərin yaşadığı Qarabağ ərazisinin bir hissəsi Azərbaycana heç bir reinteqrasiya həyata keçirmir. Orada heç bir kompromis əldə olunmayıb.
Bu məsələlər həll olunmayana qədər vaxtaşırı hərbi əməliyyatlar davam edəcək”, - politoloq qeyd edir.